Bu arada cəbhə xəttində qızğın döyüşlər davam edir. Ukrayna Silahlı qüvvələrinin (USQ) Baş Qərargahının məlumatına görə, son 24 saat ərzində 186 döyüş toqquşması qeydə alınıb. Rus qoşunları Pokrovski, Novopavlovski və Limanski istiqamətlərində daha çox fəal olublar.
Ruslar dörd raket və 162 idarə olunan bombadan istifadə etməklə iki raket zərbəsi və 78 hava zərbəsi endiriblər. Ümumilikdə Rusiya qüvvələri 5489 kamikadze pilotsuz uçan aparat hərəkətə gətirib və 86-sı yayımlı atəş açan raket sistemləri olmaqla 5350 artilleriya hücumu həyata keçirib.
Aviazərbələr Sumı, Çerniqov, Zaporojye və Xerson vilayətlərində, o cümlədən Qorki, Polyuşkino, Karabanı, Primorskoye, Novoandreyevka və Antonovkada əhalinin məskunlaşdığı ərazilərə endirilib.
Buna cavab olaraq, USQ rus qoşunlarının və texnikasının cəmləşdiyi dörd ərazini, dörd artilleriya sistemini və iki komanda məntəqəsini vurub.
— Newsfeed (@Newsfeed883920) August 19, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


